Məzmuna keç

Türkiyədə zəncirvari yol qəzasında 5 nəfər yaralandı

Türkiyənin Balıkəsir şəhərinin Ayvalık rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çanaqqala-İzmir magistral yolunda baş verən qəza nəticəsində 5 nəfər yaralanıb.

Yararalılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə