İzmirdə meşəlik ərazilərə giriş qadağan edildi


  • 30 May 10:54

Türkiyənin İzmir şəhərində meşəlik ərazilərə giriş 5 ay müddətinə qadağan edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir vilayətində meşə yanğınlarının qarşısını almaq məqsədilə 1 iyun-31 oktyabr tarixləri arasında meşəlik ərazilərə giriş qadağan olunub.

Valilikdə keçirilən iclasda bildirilib ki, 2024-cü ildə şəhərdə 513 meşə yanğını baş verib və 4.376 hektar sahə zərər görüb. Yanğınların çoxu insan fəaliyyəti ilə bağlıdır.

Bu il mövsüm hələ başlamamış 22 yanğın hadisəsi qeydə alınıb. Mübarizə tədbirləri çərçivəsində personal sayı artırılıb, 10 yeni yanğınsöndürmə maşını, 12 helikopter və 4 təyyarə hazır vəziyyətə gətirilib.

Yeni qaydalara əsasən, meşələrdə od qalamaq, manqal yandırmaq, siqaret kötüyü atmaq, eləcə də bəzi kənd təsərrüfatı və inşaat işləri də qadağan olunub.

Həmçinin quru ot yandırmaq da qadağandır.

Yanmış sahələrdə yenidən meşə salınması işləri aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər