- 31 May 16:16
ABŞ-nin Qəzzada 60 günlük atəşkəs planına girovların və əsirlərin dəyişdirilməsi, İsrail qoşunlarının yenidən yerləşdirilməsi və ABŞ, Misir və Qətərdən zəmanət tələbi daxildir.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ, Misir, Qətər atəşkəsin 60 gün müddətə davam etməsi, daimi atəşkəs üçün lazımi razılaşmalar üzərində ciddi müzakirələrin aparılması və qeyd olunan danışıqların tamamlanmasını təmin etmək üçün hər cür səy göstərəcək.
Qeyd edək ki, Qəzzaya əhəmiyyətli humanitar yardımların göndərilməsi, həmçinin fələstinli məhbusların azad edilməsi müqabilində israilli girovların mərhələli şəkildə köçürülməsi nəzərdə tutulur.
Humay Eminqızı