- 09:23
Lisey və gimnaziyalara qəbul imtahanlarına sayılı günlər qalmış imtahan qaydalarında dəyişiklik edilməsi parlamentdə tənqid olunub.
E-huquq.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafayev bu barədə çıxış edib.
Deputat bildirib ki, bu qərar gecikmiş və düzgün planlaşdırılmamış addım olub.
"Yüzlərlə şagird bu imtahana hazırlaşırdı. Əgər bu qərar 8 ay əvvəl verilsəydi, ciddi narazılıq olmazdı. Hər kəs öz gələcəyi ilə bağlı vaxtında qərar verərdi. Lakin imtahana az qalmış belə bir dəyişiklik cəmiyyət arasında etirazlara səbəb oldu. Nəticədə nazirlik geri addım atmağa məcbur oldu", - F.Mustafa qeyd edib.
Deputat əlavə edib ki, təhsil sahəsində bu cür "eksperimentlər" yolverilməzdir: "Bu cür eksperimentlər arzuolunan hal deyil. Əksinə, biz təhsildə ciddiyyəti artırmalıyıq. Hazırda mövcud olan problemlər çox zaman 20 il əvvəlki rəhbərliyin səhvləri kimi qiymətləndirilir. Ancaq biz yeni səhvlərlə təhsili inkişaf etdirə bilmərik. Ona görə də ciddi islahatlar aparılmalıdır".
Şəbnəm Mehdizadə