- 31 May 16:16
Rusiya hökuməti iyunun 4-də kiberdələduzlarla mübarizə üzrə pilot layihəyə başlayır.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, layihə banklar, rabitə operatorları və dövlət qurumları arasında operativ məlumat mübadiləsini nəzərdə tutur.
“Məqsəd informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cinayətlərin qarşısının alınması üçün müxtəlif dövlət və qeyri-dövlət strukturları arasında səmərəli qarşılıqlı fəaliyyət mexanizminin yaradılması və onlar arasında məlumat mübadiləsinin yaradılmasıdır", - Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, məlumat mübadiləsi dövlət informasiya sistemi əsasında həyata keçiriləcək.
Dövlət tərəfindən pilot layihənin iştirakçıları Rəqəmsal İnkişaf Nazirliyi, Daxili İşlər Nazirliyi, FSB, Roskomnadzor, Rosfinmonitorinq, FSTEC, Rusiya Bankı, Baş Prokurorluq və Rusiya Federasiyasının İstintaq Komitəsi olacaq. İştirakçılar arasında Rusiyanın ən böyük bankları, telekommunikasiya operatorları və Milli Ödəniş Kart Sistemi ASC də iştirak edəcək.
Pilot layihənin 2026-cı ilin mart ayına qədər davam etməsi planlaşdırılır.
Humay Eminqızı