Türkiyə XİN rəhbəri: "Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər"


  • 30 May 13:33

İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşlə yekunlaşa bilər.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andriy Sibiha ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə İstanbul danışıqlarını yeni başlanğıc kimi qiymətləndirir: “Biz sübut etdik ki, danışıqlar real nəticələr verə bilər. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tam dəstəkləyirik”.

Oxşar xəbərlər