Oyuncaqlarda 10 kilo kokain tapıldı


  • 30 May 16:25

Şri-Lankanın Bandaranaike Beynəlxalq Hava Limanında keçirilən iri miqyaslı narkotik əməliyyatı zamanı oyuncaqların içərisində gizlədilmiş 10 kilo 323 qram kokain aşkar edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, kokain 38 yaşlı İtaliya vətəndaşının çamadanında aşkar edilib və şübhəli şəxs hadisə yerində saxlanılıb.

Aşkar edilən narkotiklərin son alıcılarının kim olduğunu müəyyən etmək üçün araşdırmalar aparılır.

Səlahiyyətlilər narkotik ticarətinə qarşı artan təhlükəsizlik tədbirlərinin təsirli olduğunu vurğulayıblar.

Humay Eminqızı

Oxşar xəbərlər