- 31 May 16:16
Türkiyənin Şanlıurfa şəhərində iki qohum ailə arasında baş verən münaqişə nəticəsində 5 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident torpaq sahəsi ilə bağlı yaranan narazılıq səbəbindən baş verib.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Humay Eminqızı