İsrail HAMAS-ın Qəzzadakı hərbi qanadının rəhbəri Məhəmməd Sinvarın öldürüldüyünü təsdiqlədi


  • 1 İyun 07:30

İsrail Müdafiə Qüvvələri HAMAS-ın Qəzzadakı hərbi qanadının rəhbəri Məhəmməd Sinvarın öldürüldüyünü təsdiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail Ordusunun "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, Sinvar İsrail təyyarələrinin yeraltı obyektə endirdiyi dəqiq zərbələr nəticəsində zərərsizləşdirilib.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri vətəndaşlarını qorumaq məqsədilə Qəzza zolağında əməliyyatları davam etdirəcək.

Oxşar xəbərlər