Polşada prezident seçkilərinin ikinci turu keçirilir


  • 1 İyun 09:28

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

E-huquq.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) başlayıb və 21:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq.

İkinci turda əsas mübarizə hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski və aparıcı müxalifət partiyası "Hüquq və Ədalət" (PiS) tərəfindən dəstəklənən Polşa Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski arasında gedir.

Seçkilərdə 32 min səsvermə məntəqəsində təxminən 29 milyon seçici səs verəcək.

Dövlət Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini iyunun 2-də elan etməyi planlaşdırır.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda Rafal Tşaskovski 31,36 %, Karol Navrotski isə 29,54 % səs toplamışdı.

Oxşar xəbərlər