Byranskdakı qəzada yaralıların sayı 69 nəfərə çatdı - YENİLƏNDİ


  • 1 İyun 09:48

Bryanskda qatar qəzası körpüsünün partlaması nəticəsində baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru qubernatoru Aleksandr Boqomaz deyib.

***

Bryansk vilayətində körpünün uçması nəticəsində xəsarət alanların sayı üçü uşaq olmaqla 69 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Yaralılardan 3-nün vəziyyəti ağırdır, onlardan biri uşaqdır. 44 nəfər xəstəxanaya yerləşdirilib. Qubernator bildirib ki, 22 nəfər ambulator qaydada müşahidə altında saxlanılır.

***

Bryanskda baş verən qəzada ölənlərin sayı 7 nəfərə çatıb.

E-huquq.az Rusiya saytlarına sitinadən xəbər verir ki, 30-dan çox şəxs xəstəxanaya aparılıb.

Onlardan iki nəfərinin vəziyyəti ağırdır.

***

Rusiyanın Bryansk vilayətinin Vıqoniçski rayonunda körpü uçub.

E-huquq.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Bölgənin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında bildirib ki, dağıntı qatar və avtomobillərin iştirakı ilə qəzanın baş verməsinə səbəb olub.

Həlak olanlar arasında aşmış qatarın maşinisti və onun köməkçisi də var.

Əraziyə Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri və xüsusi xilasetmə texnikası göndərilib.

Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Oxşar xəbərlər