Türkiyədə sel ciddi fəsadlara səbəb olub, sakinlər təxliyə edilib


  • 2 İyun 10:43

Türkiyənin Kırşehir güclü yağışların səbəb olduğu sel bir sıra fəsadlar törədib.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Kırşehirin Toklümen kəndində leysandan sonra baş verən sel nəticəsində 1 ev uçub, 3 evə ziyan dəyib.

Sakinlər dərhal təxliyyə edilib.

Sel nəticəsində kənddə daş qalaqları və palçıq əmələ gəlib.

Bölgəyə Jandarma və xilasetmə qrupları göndərilib.

Kırşehir valisi Murat Sefa Demiryürek əraziyə baş çəkib, seldən zərər çəkənlərlə görüşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər