- 3 İyun 23:37
Türkiyənin Qaziantep şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yük maşını ilə avtomobilin toqquşması nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda tibb, polis və yanğınsöndürmə qrupu cəlb edilib.
Yaralılar sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.
Qəzanın səbəbələri araşdırılır.
Şəbnəm Mehdizadə