- 3 İyun 23:37
Türkiyənin Adana şəhərində güclü yanğın hadisəsi olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adananın Seyhan rayonunda təkrar emal müəssisəsində naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibbi qruplar göndərilib.
Yanğın zamanı ölən və yaralanan olmayıb.
Bir müddət sonra yanğın nəzarət altına alınıb.
Hadisənin səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə