Məzmuna keç

Türkiyənin bu vilayətində meşələrə giriş qadağan edilib

Türkiyənin Kırıkkale şəhərində meşə sahəsinə giriş qadağan edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Kırıkkale valisi Mehmet Makas məlumat verib.

Vali bildirib ki, meşə yanğınlarının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində iyunun 1-dən oktyabrın 31-dək meşə ərazilərinə girişin qadağan edilib.

Vali meşələri yanğından qorumaq barədə vətəndaşlara çağırış edib.

O, vətəndaşlardan yanğın şübhəsi yarandığı halda aidiyyəti qurumlara dərhal məlumat verməyi xahiş edib.

Şəbnəm Mehdizadə