İzmirdə bələdiyyə işçiləri tətil etdi, küçələrdə zibillik əmələ gəldi


  • 2 İyun 11:08

Türkiyənin İzmir şəhərində bələdiyyə əməkdaşları tətil edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Böyükşəhər Bələdiyyəsində çalışan 23 minə yaxın əməkdaşın bir neçə gündür başladığı etiraz aksiyası davam edir.

Müxtəlif xidmət sahələrində çalışan işçilərin tətili şəhərdə bir sıra problemlərə səbəb olub.

Belə ki, zibillərin yığılmaması bəzi küçələrdə zibil qalaqlarının yaranmasına və pis qoxuya səbəb olub.

Tətil edən işçilər zibilliklərdə aksiyalarını davam etdirirlər.

Bələdiyyə işçilərinin əsas tələbi maaş artımı və sosial təminat məsələləri ilə bağlıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər