Şir biznesmeni parçalayıb öldürdü


  • 2 İyun 11:58

Namibiyada tanınmış iş adamı şir hücumuna məruz qalıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Namibiyanın şimal-qərbindəki Kunene bölgəsində baş verib.

59 yaşlı biznesmen Bernd Kebbel həyat yoldaşı Konni Kebbel və bir qrup dostu ilə Skeleton Sahilinin yaxınlığında düşərgə salıb.

Gecə saatlarında tualetə gedən Kebbel dişi aslanın hücumuna məruz qalaraq həyatını itirib.

Polisin yaydığı məlumatda Kebbelin boynundakı dişləmə yarasının onun ölümünə səbəb olduğu bildirilib.

Namibiyanın Ətraf Mühit, Meşə Təsərrüfatı və Turizm Nazirliyinin sözçüsü ölənin yaxınlarına başsağlığı verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər