Məşq etmək xərçəng xəstələrinin ölüm riskini 37 faiz azaldır


  • 2 İyun 12:43

Müntəzəm məşq xərçəng xərçəng xəstələrinin ölüm riskini 37 faiz azaldır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər ABŞ, Böyük Britaniya, Fransa, Kanada və Avstraliyada xərçəngdən əziyyət yüzlərlə xəstənin iştirakı ilə tədqiqat aparıb.

Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) toplantısında və New England Journal of Medicine jurnalında dərc edilən araşdırmada idmanın ölüm riskini 37 faiz, yeni və ya təkrarlanan şiş riskini isə 28 faiz azaltdığı bildirilib.

Müalicədən sonra fərdi idman proqramına qatılan xəstələrdə sağ qalma nisbətləri əhəmiyyətli dərəcədə artıb. Proqramın bir hissəsi olaraq, xəstələrə həftədə üç-dörd dəfə 45-60 dəqiqə gəzmək və ya oxşar fiziki fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunub.

Beş ilin sonunda məşq qrupunun təkrarlanan və ya yeni xərçəngə tutulma riski 28 faiz, ölüm riski isə 37 faiz azalıb.

Tədqiqatçı alimlər xərçəngin müalicəsində idmanın tibbi üsuldan daha faydalı olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər