Yerdəki oksigenin həcmi xeyli azalacaq


  • 2 İyun 12:54

1 milyard ildən sonra atmosferdəki oksigen səviyyəsi kəskin şəkildə aşağı düşəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat, Yaponiyanın Toho Universiteti və ABŞ-ın Corciya Texnologiya İnstitutunun alimlərinin birgə araşdırmasında yer alır.

Bu proses planetin təxminən 2,4 milyard il əvvəl, "Böyük Oksidləşmə Hadisəsi" (GOE) kimi tanınan dövrdən əvvəl yaşadığı atmosferə bənzər bir vəziyyətə qayıtmaq deməkdir.

Tədqiqatı aparan alimlərdən Kazumi Ozaki deyib ki, Yer kürəsində həyatın müddəti Günəşin artan parlaqlığı və qlobal geokimyəvi dövrlər əsasında hesablanır. O qeyd edib ki, oksigen itkisi suyun buxarlanmasından və okeanların yoxa çıxmasından əvvəl baş verəcək. Bu, bəşəriyyətin və oksigenlə sağ qalan bir çox canlı növlərinin sonu deməkdir.

Araşdırmaya görə, Yerin oksigenlə zəngin həyat dövrü planetin ümumi ömrünün yalnız 20-30 faizini əhatə edəcək. Oksigen itkisi ilə bitkilər və fotosintetik orqanizmlər yox olacaq, lakin anaerob mühitdə, yəni oksigen olmadıqda yaşayan mikroorqanizmlər yaşaya biləcəklər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər