- 3 İyun 23:37
Hindistanın Mumbay şəhərindəki Chhatrapati Shivaji Maharaj beynəlxalq hava limanında Tailanddan gələn sərnişinin baqajında 48 zəhərli ilan və 5 tısbağa aşkarlanıb.
E-huquq.az Hindustan Times qəzetinin məlumatına görə, Banqkokdan Mumbaya gələn sərnişin hava limanında saxlanılıb.
Sərnişinin baqajına baxış zamanı 48 ilan, 3 zəhərli hörümçək və 5 Asiya yarpaq tısbağası aşkar edilib.
Vəhşi Təbiəti Mühafizə Qanunu çərçivəsində ilan və tısbağaların gətirildikləri ölkəyə qaytarılmasına qərar verilib.
Şəbnəm Mehdizadə