Stüardessa uçuş zamanı narkotik çəkib rəqs etdi


  • 2 İyun 13:23

ABŞ-ın San-Fransisko şəhərindən Londona uçan təyyarənin stüardessası uçuş zamanı narkotikdən istifadə edib.

E-huquq.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb. "British Airways"ə məxsus təyyarənin əməkdaşı uçuş zamanı qəfil yoxa çıxıb. O, biznes-klass tualetində çılpaq rəqs edərkən tapılıb. Digər işçilər həmkarına birinci dərəcəli sərnişinlər üçün ayrılmış ehtiyat pijama geyindirib, sonra onu oturacağa bağlayıblar.

Stüardessa uçuşun qalan 10 saat yarımını bu oturacaqda keçirib.

Polis 41 yaşlı kişinin saxlanıldığını bildirib.

Təyyarə eniş etdikdən sonra şübhəli xəstəxanaya aparılıb, tibbi müdaxilədən sonra orada nəzarətə götürülüb.

Şübhəli daha sonra sərbəst buraxılıb.

Aviaşirkət hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər