Böyük Britaniyada birdəfəlik elektron siqaretlərin satışı qadağan edilib


  • 2 İyun 13:38

Böyük Britaniyada birdəfəlik elektron siqaretlərin satışı qadağan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər veri ki, qadağaları pozanları cərimə və həbs gözləyir.

Gənclər arasında sürətlə yayılan elektron siqaretlərdən istifadə təhlükəli həddə çatdığı üçün hökumət yeni qərar qəbul etməli olub.

Belə ki, bu gündən etibarən İngiltərədə birdəfəlik elektron siqaretlər tamamilə qadağan edilib. Qadağa eyni vaxtda Şotlandiya və Şimali İrlandiyada da qüvvəyə minib. Bu qərarla həmin məhsulların mağaza və supermarketlərdə satışı və saxlanması qanunsuz olub.

Rəsmilər hər həftə təxminən beş milyon birdəfəlik elektron siqaretin istifadə edilərək atıldığını açıqlayıb.

İngiltərə və Uelsdəki qadağaya əməl etməyən pərakəndə satıcılar ilk dəfə törətdikləri qanun pozuntusuna görə 200 funt sterlinq cərimələnəcəklər. Təkrar pozuntuya yol verənlər isə həbs edilə bilər.

Mütəxəssislər buqərarı dəstəkləsə də gənclərin elektron siqaretə üz tutmasının qarşısını almaq üçün daha əhatəli qaydalara ehtiyac olduğunu iddia edirlər.

Qeyd edək ki, Böyük Britaniyada son on ildə elektron siqaretdən istifadə sürətlə artıb və əhalinin 9%-i bu məhsullardan istifadə edir. Onların təxminən dörddə biri birdəfəlik modellərə üstünlük verir. 18-24 yaş arasında olan hər yeddi gəncdən biri əvvəllər heç vaxt çəkmədiyi halda elektron siqaretdən istifadə edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər