Ankarada avtobus aşdı, 2 nəfər öldü, 15 nəfər yaralandı


  • 2 İyun 16:32

Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankaradan Sivasa gedən avtobus Yozgatın Akdağmadeni rayonunda aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Əraziyə çoxlu xilasetmə, jandarma, tibb və polis qrupları cəlb edilib.

Avtobusun yağışdan sonra sürüşkən yollar səbəbindən aşdığı ehtimal edilir.

Humay Eminqızı

Oxşar xəbərlər