“Rusiya ilə Ukrayna arasında danışıqların məhsuldar olacağına ümid edirik” - Türkiyə XİN


  • 2 İyun 17:01

İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlara başlamazdan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, nazir danışıqların məhsuldar olacağına ümid etdiyini bildirib.

“Biz, ilk növbədə, danışıqların məhsuldar olacağını, konkret irəliləyişin əldə ediləcəyini və ən qısa müddətdə istənilən nəticənin əldə olunacağını gözləyirik”, - deyə o bildirib.

Hakan Fidan, həmçinin Ankaranın Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün bütün mümkün addımları atmağa hazır olduğunu vurğulayıb və tərəflərə danışıqlar platforması kimi Türkiyəyə göstərdikləri etimada görə təşəkkür edib.

Humay Eminqızı

Oxşar xəbərlər