- 10:34
Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu zamanı Kiyev ölkəyə qaytarılmalı olan uşaqların siyahısını Moskvaya verib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak "Telegram" kanalında məlumat verib.
“Ukraynalı uşaqların geri qaytarılması ədalətli və davamlı sülhün tərkib hissəsidir və etimadın əsas elementidir, niyyətlərin səmimiliyinin ilk sınağıdır”, - Andrey Yermak bildirib.
Humay Eminqızı