Türkiyədə güclü zəlzələdə 1 nəfər ölüb, 69 nəfər xəsarət alıb


  • 3 İyun 08:43

Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə vali sosial şəbəkədə yazıb.

“Zəlzələdə panik atak səbəbindən 14 yaşında bir övladımız həyatını itirib”, – o qeyd edib.

Akbıyıkın sözlərinə görə, təşviş və hündürlükdən atılma nəticəsində 69 nəfər yaralanıb, onlardan 46-sı xəstəxanaya aparılıb.

Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.

Oxşar xəbərlər