- 4 İyun 23:40
Nigeriyanın şimalında milli idman festivalından qayıdan idmançıları daşıyan avtobus qəzaya uğrayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qəzada idmançılar, məşqçilər və səlahiyyətlilər də daxil olmaqla 22 nəfər həyatını itirib, çoxlu sayda insan isə ağır yaralanıb.
Qeyd edək ki, qəzada həyatını itirənlərin əksəriyyətinin gənclər olduğu bildirilib.
Qəzanın həddindən artıq sürət və yorğunluq səbəbindən baş verdiyi ehtimal edilir.
Humay Eminqızı