- 18:08
Türkiyənin İzmir şəhərində bələdiyyə işçiləri növbəti dəfə tətil edib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmirin Buca Bələdiyyəsində çalışan 1763 işçi maaşlarını almadıqları və yığılan debitor borclarının ödənilmədiyi səbəbi ilə dünən tətilə qərar verib.
İşçilərin kütləvi etirazından sonra bəzi küçələrdə zibil qalaqları əmələ gəlib.
Yığılan zibil qalaqları pis qoxulara və sakinlərin etirazına səbəb olub.
Şəbnəm Mehdizadə