Türkiyədə meşə yanğınına səbəb olan 5 nəfər saxlanılıb


  • 10:15

Türkiyənin Balıkesir şəhərində meşə yanğınları ilə əlaqədar 5 nəfər şübhəli saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Balıkesirin Kepsut rayonunda meşə sahəsində dünən günorta saatlarında yanğın başlayıb.

Balıkesir Meşə Regional İdarəsi və Balıkesir Böyükşəhər Bələdiyyəsinin əməkdaşları yanğın bölgəsində işlərini davam etdirir.

Yanğını söndürmək üçün bölgəyə su maşınları və dozerlər cəlb edilib.

Yanğının səbəbi ilə bağlı aparılan araşdırmalarda 5 nəfərin yararsız şəraitdə kombayn işlətdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər