- 19:48
Xorvatiyanın sahil şəhəri Split yaxınlığında başlayan yanğın hələ də nəzarət altına alınmayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Krilo, Jesenica və Dugi Rat arasındakı təxminən 3 kilometrlik əraziyə yayılıb.
Sürətlə yayılan və hava şəraiti səbəbindən nəzarət altına alınması çətinləşən yanğınla mübarizəyə 3 yanğınsöndürən təyyarə və 150-dən çox canlı qüvvə cəlb olunub.
Bundan əlavə, yanğının qarşısını almaq məqsədilə Kanadadan gələn yanğınsöndürənlər də əməliyyatlara dəstək verir.
Yanğın zonasında yerləşən boş bina yanğından ciddi zərər görərək istifadəyə yararsız vəziyyətə düşüb.
Humay Eminqızı