- 8 Dekabr 23:43
ABŞ-ın Texas ştatında 110-115 milyon il əvvələ aid olduğu təxmin edilən dinozavr ayaq izləri tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, izlər sel fəlakətindən sonra ərazini araşdıran könüllülər tərəfindən üzə çıxarılıb.
Ostində yerləşən Texas Universitetinin paleontoloqları izlərin bir qisminin əvvəllər müəyyən olunduğunu, digər izlərin isə sel suları ilə yeni ortaya çıxdığını açıqlayıblar.
Mütəxəssislər bəzi ayaq izlərinin akrokantosaurus tipli ikiayaqlı, ətyeyən dinozavrlara aid ola biləcəyini ehtimal edirlər.
Digər izlərin isə Paluxysaurus tipli böyük, ot yeyən dinozavrlara məxsus olduğu düşünülür.
Humay Eminqızı