UNICEF: "Nigeriyada 11 milyon uşaq qida çatışmazlığı riski altındadır"


  • 17:45

Nigeriyada 5 yaşdan kiçik təxminən 11 milyon uşaq ciddi qida çatışmazlığı problemi ilə üz-üzədir.

E-huquq.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) yazılı açıqlama yayıb.

Bəyanatda bildirilib ki, qida çatışmazlığı yaşayan uşaqlarda həyati təhlükə yaradan ciddi arıqlama riski 50% daha yüksəkdir. Xüsusilə, ölkənin ən sıx əhalisi olan Kano əyalətində uşaqların 51,9%-nin boyunun yaşına uyğun olmadığı, 10%-dən çoxunun isə normaya nisbətən həddindən artıq arıq olduğu qeyd olunub.

UNICEF qidalanma çatışmazlığı ilə mübarizə çərçivəsində Kano əyalətinə hazır müalicəvi qida məhsulları təqdim edib.

UNICEF-in Nigeriyadakı Səhiyyə Direktoru Serekeberehan Seyoum Deres erkən uşaqlıq dövrünün həm fiziki inkişaf, həm də beyin formalaşması baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər