- 21:51
Tramp deyib ki, o, Putini Ukraynadakı münaqişəyə son qoymağa çağıracaq.
E-huquq.az xəbər verir ki, Ağ Ev rəhbəri Alyaskada Putinlə görüşün daha çox ilkin görüş olacağını bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Putinlə görüşündən sonra Ukrayna diplomatiyasından geri çəkilə biləcəyini deyib, amma Putinlə Alyaska görüşünə Zelenskini dəvət etmək niyyətini təsdiqləməyib.
***
19:19
ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiyaya getməyi planlaşdırdığını bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı deyib.
“Cümə günü Rusiyaya gedirəm. Putinlə görüşmək niyyətindəyəm”, - Ağ Evin rəhbəri deyib.