Məzmuna keç

Amerika lideri: Putinlə Zelenskini eyni otaqda saxlayacağam

“Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini münaqişənin həlli üçün danışıqlar masası arxasına əyləşdirməyə nail olacam”.

E-huquq.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

ABŞ Prezidenti bildirib: “Bunu deməliyəm: Nəticədə ikisini də eyni otaqda saxlayacağam. Ya orada olacağam, ya da olmayacağam. Düşünürəm ki, bu, həll olunacaq".