- 00:40
Birləşmiş Ştatlar Çin mallarına tətbiq edilən yeni tarifləri daha 90 gün uzadıb.
E-huquq.az xəbər verir ki, bu barədə CNBC Amerika administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp müvafiq sənədi dünən imzalayıb. Tarif üçün əvvəlki müddət avqustun 12-də başa çatır.
ABŞ-Çin ikitərəfli ticarət danışıqları 28-29 iyul tarixlərində Stokholmda baş tutub. Məsləhətləşmələrdən sonra tərəflər tarifləri daha üç ay uzatmaq barədə razılığa gəliblər.