- 12 Avqust 23:51
Türkiyənin ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, İstanbuldan Malatyaya hərəkət edən sərnişin avtobusu Bahçeköy ərazisində magistral yolda hərəkətdə olan yük maşınına çırpılıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb olunub.
İlkin məlumatlara görə, qəza nəticəsində avtobus sürücüsü hadisə yerində həyatını itirib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.
Humay Eminqızı