ABŞ-da ticarət mərkəzində silahlı hücum: 2 nəfər öldü


  • 12 Avqust 10:58

ABŞ-ın Texas ştatında yerləşən Austin şəhərindəki ticarət mərkəzində silahlı insident baş verib. Hadisə nəticəsində ilkin məlumatlara görə, 2 nəfər həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas polisi hadisə ilə bağlı verdiyi açıqlamada, silahlı hücumun alış-veriş mərkəzində baş verdiyini və hücumçunun saxlanıldığını bildirib.

Austin polisi rəsmi "X" hesabı vasitəsilə yayımladığı məlumatda, hadisə yerində ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü və araşdırmanın davam etdiyini qeyd edib. Eyni zamanda, şəhərdə bəzi yolların növbəti göstərişə qədər bağlandığı bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə alış-veriş mərkəzinin avtodayanacağında çoxsaylı polis əməkdaşlarının və təcili yardım qruplarının olduğu görünür.

Hazırda hadisə zamanı yaralananlar barədə rəsmi məlumat verilməsə də, ABŞ mediasında yayılan bəzi xəbərlərə görə, yaxınlıqdakı xəstəxanalardan birində 3-4 nəfər yaralı müalicə olunur.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər