- 12 Avqust 23:51
Rusiyada Federal Təhlükəsizlik Xidməti əməkdaşları Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşına qarşı terror aktının qarşısını alıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Saxlanılan şəxsin 1989-cu il təvəllüdlü Rusiya və Ukrayna vətəndaşı olduğu məlum olub.
O, 60 kq-dan artıq partlayıcı ilə doldurulmuş avtomobili təyin olunmuş yerdə saxlamalı və yaxınlıqdan Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisi keçərkən partlatmalı idi.
Dindirilmə zamanı həmin şəxs Ukraynanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq faktını etiraf edib.
Terror aktı törətmək müqabilində ona Ukrayna Silahlı Qüvvələrinə səfərbərlikdən yayınmaq imkanı təklif olunub.
Ona Qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət), 223.1-ci maddəsinin 1-ci hissəsi (Partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması, saxlanması, daşınması), 222.1-ci maddəsinin 1-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 222.1-ci (qeyri-qanuni olaraq partlayıcı maddələrin və ya partlayıcı qurğuların əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması, göndərilməsi) maddələri ilə cinayət işi açılıb.
Humay Eminqızı