Tramp Çinlə ticarət müharibəsində atəşkəsin müddətini uzatdı


  • 12 Avqust 11:49

ABŞ prezidenti Donald Tramp Çinlə ticarət müharibəsində atəşkəsi daha 90 gün uzadıb.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, ABŞ lideri Pekinin ticarət məsələlərində özünü yaxşı apardığını bildirib.

“Financial Times” qəzeti yazır ki, Vaşinqton Çinin əsas tələbi olan yarımkeçiricilərin ixracına qoyulan bəzi məhdudiyyətləri yumşaltmağa hazırdır və Trampla Si Cinpin arasında zirvə görüşünün keçirilməsi ehtimalını gündəmə gətirib.

Bildirilib ki, Trump Nvidia və AMD şirkətlərinə ödənişlər müqabilində Çinə daha təkmil çiplər ixrac etməyə icazə verib.

ABŞ prezidenti qızıla rüsum tətbiq etməyəcəyini də açıqlayıb.

Atəşkəsə baxmayaraq, Çin idxalına əlavə 30% tarif isə qüvvədə qalır.

Humay Eminqızı

Oxşar xəbərlər