Türkiyədə yanğın zamanı 15 ev yararsız hala düşdü


  • 12 Avqust 11:56

Türkiyənin Balıkesir şəhərində evdə güclü yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının sürətlə böyüyərək digər evlərə sıçraması nəticəsində ərazidəki 15 ev yararsız hala düşüb.

Naməlum səbəbdən baş verən yanğının söndürülməsi üçün hadisə yerinə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə qrupları eləcə də helikopter cəlb olunub.

Yanğını nəzarət altına almaq mümükün olub.

Humay Eminqızı

Oxşar xəbərlər