- 12 Avqust 23:51
Rusiyanın Krasnodar şəhərində əcnəbi vətəndaşların saxlandığı müvəqqəti saxlama məntəqəsindən 6 nəfər qaçıb.
E-huquq.az news.ru-ya istinadən xəbər verir ki, hadisə avqustun 10-u axşam saatlarında baş verib.
Qaçanlar arasında 2 Ermənistan, 1 Moldova, 3 Ukrayna vətəndaş var.
Ukrayna vətəndaşlarından biri əvvəllər qətl törətməkdə təqsirli bilinib.
Artıq 5 nəfər tapılaraq saxlanılıb. Sonuncunun axtarışları isə davam edir.
Humay Eminqızı