- 12 Avqust 23:51
UNESCO-nun Dünya Ali Təhsil Verilənlər Bazası (WHED) tərəfindən yayımlanan son hesabatda, dünyada ən çox universitetə sahib ölkələr müəyyənləşdirilib. Siyahı, həm universitetlərin sayına, həm də bu sahədə ölkələrin qlobal miqyasda tutduğu mövqeyə dair əhəmiyyətli göstəricilər təqdim edir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada ali təhsil müəssisələrinin say baxımından ən çox toplandığı ölkə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-da 4.000-dən çox universitet fəaliyyət göstərir və bu göstərici ilə siyahının zirvəsində yer alır.
Universitetlərin sayı baxımından digər ölkələr də diqqət çəkir. Hindistan və Çin kimi ölkələr də minlərlə ali təhsil ocağı ilə ön sıralarda yer alırlar.
Dünyada ən çox universitetə sahib ilk 10 ölkə belə sıralanır:
1. ABŞ – 4.000-dən çox universitet
2. Hindistan – 3.500-dən çox
3. Çin – 3.100-dən çox
4. Braziliya – 1.200-dən çox
5. Yaponiya – 1.100-dən çox
6. Rusiya – 1.000-dən çox
7. Meksika – 900-dən çox
8. İndoneziya – 800-dən çox
9. Almaniya – 700-dən çox
10. Fransa – 600-dən çox
Şəbnəm Mehdizadə