Türkiyədə polis idarəsindən oğurluq etməkdə şübhəli bilinən 8 polis saxlanıldı


  • 12 Avqust 13:37

Türkiyənin Adana şəhərində polis idarəsinin anbarından oğurluq etməkdə təqsirləndirilən 10 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar müxtəlif əl qumbaraları və güllələri oğurlayaraq satmaqda təqsirləndirilirlər.

Saxlanılanlardan 4-ü polis, 3-ü təqaüddə olan polis, 1-i işdən çıxarılan polis, 1-i vəkildir.

Həmin şəxslərin evində aparılan axtarışlar zamanı çoxlu sayda güllə, tapança, əl qumbarası, ballistik jilet, polad jilet, bibər qazı, elektroşok və s. ələ keçirilib.

Humay Eminqızı

Oxşar xəbərlər