İndoneziyada 6,5 bal gücündə zəlzələ oldu


  • 12 Avqust 13:46

İndoneziyanın Papua əyalətində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Papua əyalətinin Abepura bölgəsindən təxminən 193 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ yerin təxminən 10 kilometr dərinliyində baş verib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində insan tələfatı və ya ciddi maddi zərər qeydə alınmayıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bölgə üçün sunami xəbərdarlığı edilib.

Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxladığını bildirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər