ABŞ-da iki təyyarə toqquşdu: 4 nəfər öldü


  • 12 Avqust 13:52

ABŞ-ın Montana ştatında yerləşən Kalispell City Hava Limanında iki təyyarənin toqquşması nəticəsində 4 nəfər həyatını itirib.

E-hquq.az xəbər verir ki, hadisə ilə bağlı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) rəsmi açıqlama yayıb.

Məlumata görə, "Socata TBM 700" tipli yüngülmühərrikli təyyarə 11 avqust tarixində, yerli vaxtla saat 14:00 radələrində Kalispell City Hava Limanına eniş etdikdən sonra dayanacaqda dayanan "Swearingen SX-300" tipli başqa bir təyyarə ilə toqquşub.

Bildirilib ki, "Socata TBM 700" təyyarəsində 4 nəfər olub və onların hamısı hadisə nəticəsində həyatını itirib. Toqquşma zamanı "Swearingen SX-300" təyyarəsində heç kim olmayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər