- 12 Avqust 23:51
ABŞ-ın Kaliforniya ştatında bu il ovlanan bəzi vəhşi donuzlarda rast gəlinən mavi rəngli ət rəsmi qurumlar hərəkətə keçirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bu vəziyyətin bölgədə geniş şəkildə istifadə olunan zəhərli yemlərdən qaynaqlandığını bildirərək əhaliyə xəbərdarlıq ediblər.
San-Fransisko şəhərinin cənubunda vəhşi heyvan ovu ilə məşğul olan bir ovçu, bu il tutduğu vəhşi donuzları kəsərkən əzələ və yağ toxumasının parlaq mavi rəngdə olduğunu görüb.
Yerli xəbər saytı "SFGate"in məlumatına görə, bu donuzlar ev donuzları ilə vəhşi donuzların qarışığından ibarət hibridlər olub.
Araşdırmalar nəticəsində məlum olub ki, donuzlar bu vəziyyətə “diphacinone” adlı siçan zəhəri ilə qarışdırılmış zəhərli yemləri yedikdən sonra düşüb.
Kaliforniya Balıq və Vəhşi Təbiət Departamentinin (CDFW) araşdırmasında donuzlardan birinin mədəsində dərin mavi rəngli yem qalıqları aşkarlanıb.
CDFW nümayəndələri bildiriblər ki, belə yemlərdə istifadə olunan zəhərlər vizual olaraq fərqləndirilməsi üçün qəsdən mavi kimi parlaq rənglərlə boyanır. Bu, həm təhlükəni göstərmək, həm də səhvən istifadənin qarşısını almaq məqsədi daşıyır.
Rəsmilər belə ət məhslullarını yeməməyə çağırıb.
KSBW telekanalı isə zəhərli yemlərin bölgədə, xüsusilə yaxınlıqdakı çay ətrafında geniş şəkildə istifadə olunduğunu qeyd edib.
Hazırda Kaliforniyada vəhşi heyvan ovçuları və əhali bu mövzuda diqqətli olmağa çağırılır. Rəsmi qurumlar əlavə analizlər və maarifləndirmə tədbirləri ilə vəziyyətə nəzarət etməyə çalışır.
Şəbnəm Mehdizadə