- 12 Avqust 23:51
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 10 avqustda baş verən 6,1 bal gücündəki zəlzələndən sonra 786 afterşok qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, onlardan 17-si 4 və daha yüksək bal gücündə olub.
Bölgədə davam edən afterşoklar səbəbilə vətəndaşlar hələ də zaman-zaman narahatlıq yaşasa da, gündəlik həyatın normal axarına dönməyə başladığı müşahidə olunub.
Xatırladaq ki, 6,1 bal gücündəki zəlzələ nəticəsində yıxılan binada 4 nəfər dağıntılar altından xilas edilib, lakin xilas edilənlərdən biri - 81 yaşlı Nihat Önbaş xəstəxanada həyatını itirib.
Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yayımladığı məlumatda bildirib ki, zəlzələdən ən çox zərər görən Alacaatlı kəndində AFAD tərəfindən konteyner quraşdırma işləri davam etdirilir. Artıq 10 konteynerin quraşdırılması başa çatıb.
Rəsmi qurumlar bölgədə həm araşdırmaları, həm də yardım fəaliyyətlərini davam etdirir.
Şəbnəm Mehdizadə