- 12 Avqust 23:51
İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda 9-u humanitar yardım gözləyən şəxslər olmaqda 30 fələstinli həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzza şəhərinin cənub-şərqində Zeytun məhəlləsində iki evə hücumu nəticəsində 8 fələstinli ölüb, ikisi yaralanıb.
İsrail ordusunun Qəzza şəhərinin Səhabə bölgəsində və Şeyx Radvan su anbarı yaxınlığında mülki vətəndaşları hədəfə aldığı hücumda 7 fələstinli həlak olub.
Qəzzanın cənubunda bir evə hücum nəticəsində isə 1 nəfər həlak olub.
Həmçinin Qəzza zolağının cənubundakı Xan Yunisin qərbindəki Mavasi bölgəsində məcburi köçkünlərin məskunlaşdığı çadıra da zərbə endirilib. Hücum nəticəsində 5 fələstinli həlak olub.
Eyni zamanda, İsrailin Netzarim dəhlizi yaxınlığında, Xan Yunisin cənubunda, Qəzza Vadisi bölgəsində humanitar yardım gözləyən fələstinlilərə atəş açması nəticəsində 9 nəfər həyatını itirib.
Humay Eminqızı