Zelenski: Biz Donbası tərk etməyəcəyik


  • 12 Avqust 23:10

Ukrayna Donbası tərk etməyəcək.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

“Biz Donbası tərk etməyəcəyik. Bunu edə bilmərik. Hamı birinci hissəni unudur - ərazilərimiz qanunsuz olaraq işğal olunub”, - ərazi mübadiləsi ilə bağlı sualı cavablandıran dövlət başçısı vurğulayıb.

Zelenski Donbası rusların “yeni hücumu üçün tramplin” adlandırıb.

“Donbası öz istəyimizlə tərk etsək və ya təzyiqlərə məruz qalsaq, üçüncü müharibə başlayacaq. Niyə? Krım ölkəmizin cənubuna hücum üçün 100% tramplin idi. Donbas Ukrayna vətəndaşlarına aman verməmək, öz vətəndaşlarından istifadə etməmək, heç bir səfərbərlik elan etmədən separatçıları Rusiya ordusuna çevirmək üçün 100% tramplin idi”, - o deyib.

Prezident əlavə edib ki, Rusiya hücum qüvvələrinin ən güclü hissələrindən biri məhz 2014-cü ildən sonra işğal olunmuş Ukrayna ərazilərindən cəlb edilmiş insanlardır.

"Genişmiqyaslı müdaxilədən sonra, əgər bu gün Donbasdan, istehkamlarımızdan, relyefimizdən, nəzarət etdiyimiz yüksəkliklərdən çıxsaq, biz Rusiyanın hücuma hazırlaşması üçün tramplin yaratmış olacağıq. Cəmi bir neçə il sonra Putinin həm Zaporojye, həm də Dnepr bölgələrinə yolu açılmış olacaq. Bu da hamısı deyil. Həm də Xarkova yol açılacaq. Buna görə də, fikrimcə, hər hansı bir təhlükəsizlik məsələsi təhlükəsizlik zəmanətlərindən ayrı ola bilməz. İndi onlara təxminən 9 min kvadrat kilometr ərazi vermək istəyirlər. Bu, Donetsk vilayətinin təqribən 30%-ni təşkil edir və onların yeni təcavüzü üçün tramplin rolunu oynayır”, - Zelenski vurğulayıb.

Oxşar xəbərlər