- 13:12
Türkiyənin İzmir şəhərinin Buca rayonunda baş vermiş meşə yanınına havadan və qurudan müdaxilə tədbirləri davam etdirilir.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınla bağlı aparılan istintaq çərçivəsində üç nəfər saxlanılıb.
Gecə boyunca yanğına əsasən qurudan müdaxilə edilsə də, bu gün səhər saatlarından etibarən hava vasitələri də işə cəlb olunub.
İzmir Regional Meşə İdarəsinə məxsus texnikalar, eləcə də yanğınsöndürmə qrupları hadisə yerində fasiləsiz şəkildə çalışır.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə